BANK

Kanada yeni dizaynlı 10 dolları dövriyyəyə buraxıb
20 NOYABR
179

Kanada yeni dizaynlı 10 dolları dövriyyəyə buraxıb

2018-11-20 12:02:00

Kanada qaradərililərin hüquqlarını müdafiə edən Viola Desmondun(1914-1965) əks olunduğu 10 dollarlıq yeni dizaynlı əskinaslarını buraxıb.

Fins.az xəbər verir ki,  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, yeni şaquli dizaynlı əskinasda Viola Desmond Kanadanın birinci baş naziri Con Makdonaldı (1815-1891) əvəz edir. Kanada Bankı bildirib ki, sakinlər yeni “onluğu” qısa müddətdə- 1-2 həftə ərzində görə biləcəklər.

Kanada Bankı yaxın zamanlarda 5 dollarlıq əskinasların da dizaynının yenilənməsi üzrə məsləhətləşmələrə başlamaq niyyətindədir. Hazırda Kanadanın 5 dollarlıq əskinaslarında ölkənin baş naziri Uilfrid Lorenin  (1841-1919) şəkli əks olunub. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256