BANK

İflas edən bankın aktivlərinin satışı ƏDV-dən azad edilə bilər
19 NOYABR
135

İflas edən bankın aktivlərinin satışı ƏDV-dən azad edilə bilər

2018-11-19 14:13:00

Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur. Fins.az Report-a istinadən xəbər verir ki, Məcəllənin 164-cü maddəsinə (Vergi ödəməkdən azad edilmə) təklif edilən 164.1.36 bəndinə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

 Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255