BANK

Xalq Bank istehlak kreditlərini bərpa edib
16 NOYABR
178

Xalq Bank istehlak kreditlərini bərpa edib

2018-11-16 15:47:00

Xalq Bank kreditləri bərpa edib. Fins.az –ın əldə etdiyi məlumata görə, adı çəkilən bank artıq bir neçə  aydır ki, paytaxtda istehlak kreditlərinin verilməsini tam bərpa edib. 

Qeyd edək ki, bir müddət öncə adı çəkilən Bank yalnız bölgələrdə istehlak kreditləri verirdi. Paytaxt Bakıda isə yalnız istehlak kreditlərin verilməsi dayandırılmışdı. Bu zaman ərzində paytaxtda digər növ kreditlər üçün müraciət edənlərə kreditlər verilirdi.

Hazırda  Xalq Bank istehlak kreditlərini bərpa edib.  Kreditin şərtlərinə gəlincə isə istehlak krediti götürmək istəyən şəxs  zamin və ya girov əsasında krediti əldə edə bilər.

Avtonəqliyyatı girov qoyanlar 30 min , daşınmaz əmlak girov qoyanlar 100 min manat, zaminlə kredit götürənlər isə 10 min manat kredit əldə edə bilərlər.

Ən əsas məqamlardan biri isə bankın vöenlə çalışan şəxslərə də kredit verməsidir. Belə ki, kredit üçün müraciət edən şəxs Vergilər Nazirliyindən çıxarış təqdim etməklə də Xalq Bankdan istehlak krediti əldə edə bilər.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256