BANK

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri 13% təşkil edir
16 NOYABR
111

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri 13% təşkil edir

2018-11-16 12:11:00

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 482,7 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3% az vəsait yönəldib. Fins.az-ın məlumatına görə,“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sərf edilmiş vəsaitin 69,3%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 16,7%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 18,2% artıb.

Ümumi sərmayənin 69,1%-i məhsul istehsalı sahələrinin, 22,6%-i xidmət sahələrinin, 8,3%-i isə ümumi sahəsi 1684,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 62,1%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,2%, bank kreditləri 13%, büdcə vəsaitləri 26,8%, əhalinin şəxsi vəsaitləri 7,4%, büdcədənkənar fondların vəsaitləri 1,9%, sair vəsaitlər isə 0,7% təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-da Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, “Bona Dea” Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində “Azərxalça” ASC-nin filialı, “Lənkəran-2” yarımstansiyası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, “Yurd hotel” mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı, Quba rayonunda meyvə emalı zavodu, “ABAD Factory” İstehsalat Kompleksi, Mərkəzi Xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 45 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, 1510 şagird yerlik 5, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı, Tovuz rayonlarında 5948 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Zərdab rayonunda 60 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256