BANK

PAŞA Bank yeni valyuta mübadilə şöbəsini istismara verib
16 NOYABR
139

PAŞA Bank yeni valyuta mübadilə şöbəsini istismara verib

2018-11-16 11:55:00

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank paytaxtın mərkəzində yeni “28 may” valyuta mübadilə şöbəsini müştərilərin istifadəsinə verib. 28 may küçəsi 46 ünvanında yerləşən şöbə bazar ertəsindən cümə gününədək, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, son zamanlarda ölkəyə turist axınının artmasını nəzərə alaraq və onların maneəsiz valyuta mübadiləsi xidmətlərindən bəhrələnməsinə töhfə vermək məqsədilə PAŞA Bank artıq iki yeni bu tip xidmət göstərən şöbə açmışdır. İlk valyuta mübadilə şöbəsi 2017-ci ilin avqust ayında “Bulvar Otel Bakı” ərazisində istismara verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255