BANK

Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na start verdi
14 NOYABR
160

Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na start verdi

2018-11-14 10:30:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar “Beynəlxalq Əmanət Günü” və “Maliyyə savadlılığı ayı” çərçivəsində Gəncə şəhərində tələbə-gənclər və təqaüdçülər üçün seminarlar keçirmişdir. Cari ilin 31 oktyabr - 02 noyabr tarixlərində Mərkəzi Bankın Gəncə Regional Mərkəzində təşkil olunmuş bu seminarlarda “Üçüncü bahar” sosial layihə iştirakçıları olan təqaüdçülərə, ASAN könüllülərinə və Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az), bank əməliyyatları, kredit, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunmuşdur. İştirakçılara mövzulara dair animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Bu təlimlərlə yanaşı, “Gəncə Mall” ticarət mərkəzində və Gəncə “ASAN xidmət” mərkəzində təbliğat-təşviqat tədbirləri keçirilmiş, əhaliyə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmiş, müxtəlif maarifləndirici bukletlər paylanılmışdır.

Mərkəzi Bankın təşəbbüsü ilə tələbə-gənclər üçün bu səpkili seminarların, eləcə də əhalinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256