BANK

“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələr arası məqalə müsabiqəsinin müddəti uzadılıb
12 NOYABR
145

“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələr arası məqalə müsabiqəsinin müddəti uzadılıb

2018-11-12 15:46:00

“Banklar və Biznes” Qəzetinin elan etdiyi tələbələrarası məqalə müsabiqəsinin müddəti uzadılıb

“Banklar və Biznes” Qəzetinin (BBN.az) elan etdiyi tələbələrarası məqalə müsabiqəsində məqalələrin qəbul müddəti 19 noyabr 2018-ci il tarixinədək uzadılıb. Belə ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.

Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

“Məsuliyyətli borclanma”

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

* Məsuliyyətli borclanma nə üçün önəmlidir;

* Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;

* Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;

* Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borcalan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;

* Məsuliyyətli borclanmanın təmin olunması üçün borcalanın öhdəsinə düşən vəzifələr;

Mükafat fondu:

1-ci yer – 500 manatlıq hədiyyə kuponu;

2-ci yer – 300 manatlıq hədiyyə kuponu;

3-cü yer – 200 manatlıq hədiyyə kupunu;

Növbəti 5 yer – həvəsləndirici hədiyyələr

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;

Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;

Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.

Yazıya qarşı olan tələblər:

* Məqalə “Times New Roman” yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;

* Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.

* Müraciət:

* Hazırlanan məqalələr 19 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə [email protected] elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

Şəxsiyyət vəsiqəsinin üzü

Tələbə biletinin üzü;

Ev və ya mobil telefonu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256