BANK

1322 ədəd saxta pul tədavüldən çıxarılıb - Mərkəzi Bank
12 NOYABR
142

1322 ədəd saxta pul tədavüldən çıxarılıb - Mərkəzi Bank

2018-11-12 15:09:00

Mərkəzi Bank tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili diqqət mərkəzində saxlanılıb. Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, 2017-ci il ərzində 1 322 ədəd (30 478 manat) saxta pul nişanı tədavüldən çıxarılaraq müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Fins.az Report.az-a istinadən xəbər verir ki, “Hesabat dövrünün sonuna tədavüldə olan hər 163 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozona üzrə dövriyyədə olan hər 30 000 ədəd kağız pul nişanına 1 ədəd saxta). Ötən il ərzində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili məqsədilə müvafiq dövlət orqanları ilə informasiya mübadiləsini, bank sistemi üçün analitik informasiya bazasını və eləcə də nağd pul xidmətlərinə elektron çıxış imkanını təmin edən “Saxta pul nişanlarının monitorinqi sistemi” yaradılıb”, - hesabatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, Mərkəzi Bankda nağd pul idarəetməsi yeni keyfiyyət mərhələsinə çatdırılıb, bütövlükdə bank sistemini əhatə edən və Mərkəzi Bankın digər informasiya sistemlərinə inteqrasiya olunan "Nağd pulun İdarəetmə Sistemi (CMS)" tam funksionallığı ilə fəaliyyət göstərir: “Bu sistem vasitəsilə hazırda regionlar da əhatə olunmaqla Mərkəzi Bankla kommersiya bankları və Poçt rabitəsinin milli operatoru arasında nağd pulla bağlı bütün əməliyyatlar real vaxt rejimində avtomatlaşdırılmış qaydada həyata keçirilir. İl ərzində Regional Mərkəzi Bankçılığın inkişafı diqqət mərkəzində olub. Belə ki, Regional Mərkəzlərdə əhalinin, eləcə də kredit təşkilatlarının nağd pula olan tələbatı tam həcmdə və vaxtında ödənilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255