BANK

Bu bankomat digərlərindən FƏRQLƏNİR
08 NOYABR
197

Bu bankomat digərlərindən FƏRQLƏNİR

2018-11-08 14:12:00

Yaponiya mühəndisləri dünyada ilk süni intellektə malik bankomat yaradıblar. Unikal aparat banklara fırıldaqçılardan qorunmağa kömək edəcək.  

Fins.az xəbər verir ki, “Hitachi-Omron Terminal Solutions” şirkəti tərəfindən yaradılan bankomat digərləri kimi, bir neçə kamera ilə təchiz edilsə də, onlar “ağıllı” qurğunun ətrafında baş verənləri qeydə almaqla yanaşı, mürəkkəb analiz apara bilən kompüter görmə sistemi üçün göz funksiyasını yerinə yetirirlər.

Eləcə də bax:“WhatsApp”dan PULLU xidmət

Məsələn, bankomata tünd eynək və ya maska taxan insan yaxınlaşan zaman qurğu qəribə istifadəçidən həmin şübhəli aksessuarları çıxarmağı xahiş edəcək. İstifadəçi imtina edəcəyi halda bankomat vəsaitlərin nağdlaşdırılması və ya köçürülməsi üzrə əməliyyatların aparılmasına imkan verməyəcək. Bundan başqa, bankomat öz davranışı üzərində öyrənə və ona düzəlişlər edə bilir.

Şirkətin rəsmi nümayəndələri bildirib ki, sistemin təkmilləşdirilməsi və növbəti ildə bankomatların kütləvi istehsalı planlaşdırılır. Onların sözlərinə görə, hazırda süni intellektli bankomatların ilk sınaq prototipləri fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254