BANK

Çin öz valyutasını qorumaq üçün 1 ayda 32 milyard dollar xərclədi
07 NOYABR
97

Çin öz valyutasını qorumaq üçün 1 ayda 32 milyard dollar xərclədi

2018-11-07 16:46:00
Çin ötən ay milli valyutası olan yuanı qorumaq üçün valyuta ehtiyatlarından 32 mlrd. dollar pul xərcləyib.

Fins.az xəbər verir ki, bu rəqəm son 2 ildə Çinin iqtisadiyyatının taleyi ilə bağlı narahatlıq keçirməsini sübut edən və bir ay ərzində qeydə alınan ən yüksək göstəricisidir.

Qeyd edilib ki, bu rəqəmin açıqlanması Çinin ABŞ-la ticarət müharibəsində devalvasiyadan silah kimi istifadə  edəcəyi  barədə narahatlıqları azaldıb.

Lakin digər tərəfdən Çin Mərkəzi Bankı ehtiyatları xərcləmədən valyutanın stabilliyini qoruyub saxlamağa çalışır.

Analitiklər hesab edir ki, hakimiyyət rəsmiləri bir dolların 7 yuandan baha olmasını istəmir. Qeyd edək ki, bu gün bir dollar 6,93 yuan dəyərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255