BANK

Bu Bankın səhmdarları toplaşacaq
07 NOYABR
188

Bu Bankın səhmdarları toplaşacaq

2018-11-07 13:17:00

“Rabitəbank” ASC müşahidə şurasının 5 noyabr 2018-ci il tarixli 117 nömrəli qərarına əsasən 2018-ci il dekabrın 25-də bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək. Fins.az Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə, “Rabitəbank” ASC-nin 2019-cu il üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiqi,  2019-2021-ci illər üzrə tərtib edilmiş Strateji Plana əsasən bankın strateji baxışı və missiya bəyanatının təqdimatı, cari və təşkilati məsələlər daxildir. Yığıncaq Bankın Bakı şəhəri, 28 May küçəsi 33 ünvanında yerləşən baş ofisində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258