BANK

Samir Şərifov təhsil kreditlərindən danışdı
06 NOYABR
223

Samir Şərifov təhsil kreditlərindən danışdı

2018-11-06 15:21:00

“Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq”.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib.

Nazir bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır.

“Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə böyük bir sualdır”.

Nazir qeyd edib ki, bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. “Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub.

Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, kütləvi şəkildə həll edəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258