BANK

Hökumətin sosial ipoteka üçün ayıracağı vəsaitin həcmi açıqlandı
06 NOYABR
116

Hökumətin sosial ipoteka üçün ayıracağı vəsaitin həcmi açıqlandı

2018-11-06 15:10:00

“Artıq sosial ipotekanın əhatə dairəsi genişdir. Biz bunu daha da artırmağa çalışacağıq. Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir”.

Fins.az xəbər verir ki,  məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələri zamanı deyib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün (güzəştli mənzillərlə təminat) 162 milyon manat vəsaitin ayrılması nəzərə tutulur.

“Bundan əlavə, hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir”.

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251