BANK

Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı
06 NOYABR
94

Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı

2018-11-06 11:11:00

Elektron bankçılıq xidmətlərini getdikcə inkişaf etdirərək müştərilər üçün geniş seçim imkanları yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir yeniliyini təqdim edib. Hüquqi şəxslər və sahibkar fiziki şəxslər indi bankın IBA Banking İnternet Bankçılıq xidmətinə OTP açarı ilə yanaşı, ASAN İmza vasitəsilə də qoşula bilərlər.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən bir çox imkanlardan faydalanmaq üçün şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı biznes subyektlərinin elektron bankçılıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün tədbirləri davam etdirir. Bu istiqamətdə digər yeniliklərimizi də tezliklə müştərilərimizə təqdim edəcəyik”. 

İnternet Bankçılıq xidmətinə ASAN İmza vasitəsilə bu link üzərindən qoşulmaq mümkündür. https://asan.ibar.az/ibank/asan

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindənəldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257