BANK

Azərbaycanda fəaliyyət göstərən bank ABŞ-ın sanksiyalarına məruz qaldı
05 NOYABR
411

Azərbaycanda fəaliyyət göstərən bank ABŞ-ın sanksiyalarına məruz qaldı

2018-11-05 23:53:00

ABŞ-ın sanksiya siyahısında "Bank Melli İran"ın Bakı filialı da var. Filial SWİFT sistemindən təcrid olunacaq, dollarla əməliyyatlar apara bilməyəcək. Fins.az xəbər verir ki, Sanksiyalar ümumilikdə 700-dən çox fiziki və hüquqi şəxsi, gəmi və təyyarələri əhatə edib. İrandan neft idxal edən bəzi ölkələrin (Türkiyə, Yunanıstan, İtaliya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan) azaldılmış həcmdə müvəqqəti olaraq neft alışını davam etdirməsinə icazə verilib. Artıq ötən ay İranın neft ixracı pik vaxtlardakı həcmlə (2,7 milyon barel) müqayisədə 1 milyon barel aşağı düşüb. Türkiyə də idxalı azaldıb.

ABŞ -ın sanksiya siyahısına əlavə etdiyi bütün şəxs, qurum, gəmi və təyyarələrin siyahısına bu linkdən baxmaq olar

Müəllif: Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258