BANK

Mərkəzi Bankda III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılıb
05 NOYABR
126

Mərkəzi Bankda III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılıb

2018-11-05 16:23:00
Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin noyabrın 15-16-da “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilib, forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilib.
Qeyd edək ki, forumun panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcək. Belə ki, forumda Mərkəzi Bank tərəfindən reallaşdırılan “Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi” və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcək.
Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək. Eyni zamanda, xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258