BANK

Fond banklara nə qədər dollar satıb? - RƏSMİ
05 NOYABR
131

Fond banklara nə qədər dollar satıb? - RƏSMİ

2018-11-05 12:57:00
Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta bazarında 489,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Fins.az xəbər verir ki, bu, sentyabr ayındakı göstəricidən 94 milyon 800 min dollar çoxdur. Beləliklə, cari ilin oktyabr ayında valyuta satışının həcmi sentyabr ayı ilə müqayisədə 24% artıb. 

Eləcə də bax:Kapital Bank bütün təqaüdçülərə endirimli kredit təklif edir

Ümumilikdə, bu ilin on ayında təkcə Fond valyuta hərracına 5 milyard 129 milyon dollar vəsait çıxarıb və satıb. Valyutanın alıcısı isə Azərbaycanda fəaliyyət göstərən 30 bankdır.

Xatırladaq ki, 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində xarici valyuta satılmışdı.

Bu il ən çox valyuta satışı 802 milyon 600 min manat aprel ayında qeydə alınmışdı. Rusiya rublunun kəskin devalvasiya etməsi nəticəsində Azərbaycanda yaranan psixoloji gərginlik dollar alışını mart və aprel aylarında kəskin artırdı. Lakin bazara istənilən qədər valyutanın çıxarılması bu həyacanı yatırdı və bundan sonrakı proseslər tələb bazarına uyğun oldu.

Oxu.az

2018-ci il, ay

Valyuta satışının həcmi, mly ABŞ dolları

Yanvar

299,1

Fevral

364,1

Mart

 647

Aprel

802,6

May

422,7

İyun

439

İyul

536,6 

Avqust

733,7

Sentyabr

394,8

Oktyabr

489,6

Cəmi : 5,129.2

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258