BANK

Artıq “Hökumət Ödəniş Portalı”nda Bakı Nəqliyyat Agentliyi də "olacaq"
05 NOYABR
82

Artıq “Hökumət Ödəniş Portalı”nda Bakı Nəqliyyat Agentliyi də "olacaq"

2018-11-05 11:50:00

Mərkəzi Bank tərəfindən cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunmuş, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilmişdir.

02.11.2018-ci il tarixindən başlayaraq BNA tərəfindən cərimə olunmuş vətəndaşlar və hüquqi şəxslər  “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2000-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251