BANK

Kapital Bank bütün təqaüdçülərə endirimli kredit təklif edir
05 NOYABR
94

Kapital Bank bütün təqaüdçülərə endirimli kredit təklif edir

2018-11-05 10:53:00

Kapital Banktəqaüdçülər üçün endirimli nağd pul krediti təklif edir. Artıq istənilən kartla təqaüd alan şəxslər, nağd pul kreditini illik faiz dərəcəsi 20%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Aksiya çərçivəsində kredit götürənlərə üstəlikBirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 30noyabr 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 9 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258