BANK

İran şirkətlərinin hesabına bu bankın depozit portfeli artıb - Azərbaycanda
05 NOYABR
178

İran şirkətlərinin hesabına bu bankın depozit portfeli artıb - Azərbaycanda

2018-11-05 10:26:00

Son 9 ayın hesabatına görə, İran Milli Bankının Azərbaycanda olan filialına yatırılan əmanətlərin məbləği artıb. Belə ki, hesabat dövründə İran bankının öhdəlikləri 41,2% artaraq 42,682 milyon manata çatıb. Bunun 8,686 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 3,2 dəfə böyüyüb. Bankın depozit portfelinin artma səbəbini araşdırarkən bəlli olub ki, banka yatırılan pulların əksər hissəsi tələbli depozitlərdi. Bankdan verilən məlumata görə, İran Milli Bankına yatırılan məbləğin əksər hissəsi  tələbli depozitlərdi və bu depozitləri də İran şirkətləri edib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən İran şirlətləri İrana köçürmələr zaman İran Milli Bankının xidmətindən istifadə edirlər. 

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258