BANK

ARDNF bu il Rusiya Bankından əldə etdiyi dividendi açıqladı
02 NOYABR
113

ARDNF bu il Rusiya Bankından əldə etdiyi dividendi açıqladı

2018-11-02 12:27:00

Cari il ərzində Azərbaycan Resupblikası Dövlət Neft Fondu (ARDNF) “VTB Bank”a investisiyadan 1 187 041 224 Rusiyarublu (19 132 311 ABŞ dolları) dividend gəliri əldə edib.

Fins.az xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Fonddan bildirilib ki, ümumilikdə ARDNF “VTB Bank”a ilkin investisiya tarixindən 30 sentyabr 2018-ci il tarixinədək 2 792 223 305 Rusiya rublu (51 325 253 ABŞ dolları) dividend gəliri əldə edib.

Eləcə də bax:“Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib

“Nəzərinizə çatdırırıq ki, ARDNF-nin yatırımları uzunmüddətli investisiya strategiyası rəhbər tutulmaqla cari və perspektiv bazar mühiti nəzərə alınaraq həyata keçirilir. Bu əsasda investisiya imkanlarının ətraflı təhlili aparılır və ümumi investisiya portfeli kontekstində investisiya seçimləri dəyərləndirilir. Təbii ki, Rusiya bazarı və eləcə də adıçəkilən banka yatırımlar da bu kontekstdə dəyərləndirilir və hal-hazırda VTB bankına əlavə investisiya qoyuluşu nəzərdə tutulmayıb”, - deyə məlumatda vurğulanıb. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254