BANK

Bu gün Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq
02 NOYABR
322

Bu gün Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq

2018-11-02 11:53:00

Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı məlumatlarına fokuslanıb.

Fins.az xəbər verir ki, ABŞ-da məşğulluğun və maaşların artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.  

Oktyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. 

ABŞ-da Martda məşğulluğun 193 min artacağı gözlənilir. Sentyabrda məşğulluq 134 min nəfər artmışdı.

Eləcə də bax:"Görünür, Mərkəzi Bank sabitliyə tam əmin deyil"

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Oktyabrda 3,7%-də qalacağı proqnozlaşdırılır. Sentyabrda da işsizlik 3,7% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Oktyabrda orta hesabla ayıq 0,2% artacağı gözlənilir. Sentyabrda aylıq artım 0,3% olmuşdu. Maaşın illik müqayisədə isə 3,1% artacağı gözlənilir. Sentyabrda illik artım 2,8% təşkil etmişdi.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri  3 və ya 4 dəfə  artıracağı gözlənilir. Artıq faizlər 3 dəfə artırılıb. 

©marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250