BANK

Yuanın məzənnəsi 10 illik minimuma enib
31 OKTYABR
176

Yuanın məzənnəsi 10 illik minimuma enib

2018-10-31 17:39:00

Çinin milli valyutası yuan  dollar qarşısında 10 illik minumuma enib. Buna səbəb isə Ağ Evin yanvarda Çindən olan bütün idxala yüksək rüsumlu vergi tətbiq edəcəyi açıqlamadan sonra yuan sürətlə ucuzlaşıb. 1 dollar 6,9613 həddində formalaşıb. İlin əvvəlində Çin milli valyutası 6.5% ucuzlaşıb. Məlumata görə, noyabrda  Donald Tramp və Si Çzinpinin görüşündə ticarət müharibəsində zəifləmə olmasa onda, vəzəiyyətin bir qədərdə gərginləşməsinə səbəb olacaq. Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin Xalq Bankı milli valyutanı stabilləşdirmək üçün valyuta ehtiyatlarını işə salacaq.

Çin Bankı üçün qorxulu hədd 1dolların 7 yuan olmasıdır. Çində hesab edirlər ki, yuanın bu həddə enməsi Çin valyutasının uçuruma yuvarlanması deməkdir. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258