BANK

Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri artıb
31 OKTYABR
119

Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri artıb

2018-10-31 10:35:00

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayında göstərilir ki, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1002 milyon manat təşkil edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu əməliyyatların dəyəri 205 milyon AZN və ya 25 faiz artıb.

2018-ci ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 114 milyon manat təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 23 faiz artıb.

Eləcə də bax:Bu sənətdə pulu necə qazanırlar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258