BANK

İqtisadi artım potensialdan aşağıdır - Mərkəzi Bank
30 OKTYABR
148

İqtisadi artım potensialdan aşağıdır - Mərkəzi Bank

2018-10-30 12:42:00

İqtisadi artım ardıcıl 4-cü rübdür ki, pozitiv zonada olsa da potensialdan aşağıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8% olmuş, o cümlədən qeyri-neft sektorunda 1.1%-lik artım baş vermişdir. İqtisadi artım qeyri-neft sənayesində 10.7%, kənd təsərrüfatında 4.3% təşkil etmişdir.

Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir. İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.

Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımı ilə müşaiyət olunur. İstehlakçı inam indeksi ardıcıl olaraq 4-cü rübdür ki, pozitiv zonadadır.

Xarici tələbin həm neft, həm də qeyri-neft ixrac komponentlərinin iqtisadi artımı stimullaşdırması fonunda ümumi investisiya aktivliyinin azalması iqtisadi artıma mənfi təsir göstərir. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250