BANK

Bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara bərabər ola bilər - ANALİTİKA
26 OKTYABR
1364

Bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara bərabər ola bilər - ANALİTİKA

2018-10-26 14:51:00

Avropa Mərkəzi Bankının (ECB) ötən gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi gözlənildiyi kimi dəyişdirilmədi və 0% səviyyəsində saxlanıldı. Qurum həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqlədi.

 Fins.az xəbər verir ki, ECB 2019-ci ilin yayına qədər uçot dərəcəsini indiki səviyyədə saxlamağı planlaşdırır.

Bununla belə, inflyasiya ilə bağlı müəyyən edilmiş minimal həddi təmin etmək üçün ortamüddətli dövrdə faiz dərəcəsinin 2%-ə çatdırılacağı istisna deyil.

Eləcə də bax:Kapital Bank mesencer-botu təqdim etdi

ECB-dən fərqli olaraq ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmaqda davam edir. Xatırladaq ki, qurumun Açıq Bazar Əməliyyatları Komitəsinin sentyabrın 25-26-da keçirilmiş iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib. Bu ilin dekabr ayında növbəti faiz artımının baş tutacağı bildirilir.

“Report”un analitik qrupu hesab edir ki, ECB-nin faizləri sabit saxlaması, FED-in isə artırması fonunda bu ilin sonuna qədər 1 avro 1-1,1 dollara qədər ucuzlaşa bilər. Xatırladaq ki, USD/EUR nisbəti 2018-ci ilə 1,2 səviyyəsi ilə başlayıb. İl ərzində bu nisbət 1,25-ə qədər artsa da, hazırda 1,13-1,14 civarındadır.

©REPORT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256