BANK

"AtaBank"ın öhdəlikləri 7,2% azalıb
25 OKTYABR
769

"AtaBank"ın öhdəlikləri 7,2% azalıb

2018-10-25 13:13:00

Bankın faiz gəlirləri son 9 ay ərzində 31 milyon 274 min manat olub. Lakin ötən rüb bankın faiz gəlirləri 21 milyon manatdan bir qədər çox olub. Faiz xərcləri  19 milyon  120 min manat olub. Bankın faiz xərclərin cəmi 2-cü rüb isə 12 milyon 909 min manat, xalis faiz gəlirləri 12 milyon 153 min manat olub. Ötən rüb hesabatına görə isə bu rəqəm 8 milyondan bir qədər çox olub.

“AtaBank”ın qeyri-faiz gəlirlərinin cəmi 4 milyon 059 min olduğu halda 2-ci rüb bu göstərici 2 milyon 644 min manat olub.

Bu rübün sonuna bankın qeyri-faiz xərclərinin cəmi 17 milyon 758 min, 2-ci rüb isə 12 milyon 199 min manat olub. Bankın cəmi kapitalı ötən rüblə müqayisədə demək olar ki, dəyişməyib 144 milyon manatdan bir qədər çox göstəricini göstərib.

Bankın ötən rüb cəmi aktivləri 589 milyon 146 min olduğu halda , bu rüb bu göstərici 603 milyon 176 min manat olub.

Bankın ötən rüb öhdəlikləri 444 milyon 694 min olduğu hlada ,bu rüb bu göstərici 458 milyon  512 min manat olub.  Bu da "AtaBank"ın cəmi öhdəliklərinin yanvar-sentyabr tarixinə 7,2% azalması deməkdir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250