BANK

Unibankda nağd kreditlər hər kəs üçün 0% komissiyalı oldu
25 OKTYABR
218

Unibankda nağd kreditlər hər kəs üçün 0% komissiyalı oldu

2018-10-25 12:18:00

Əgər çox rahat şərtlərlə və heç bir komissiya haqqı ödəmədən kredit götürmək istəyirsinizsə, Unibanka gəlin! Bank,  işindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri olan hər kəs üçün bu həftənin sonunadək 0% komissiyalı kredit kampaniyası keçirir. Oktyabrın 25-i, 26-sı və 27-i  Unibankdan 20.000 AZN-dək nağd istehlak krediti götürənlər krediti komissiyasız rəsmiləşdirəcək.

İndi Unibankdan kredit götürmək Sizə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- sığorta xərci yoxdur;

- zamin tələbi yoxdur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- 20 000 AZN-dək kredit məbləği;

- 48 ayadək ödəniş müddəti;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh ) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (Beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı  (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255