BANK

“Bank Avrasiya” ASC-dən stabil fəaliyyətin göstəriciləri
25 OKTYABR
445

“Bank Avrasiya” ASC-dən stabil fəaliyyətin göstəriciləri

2018-10-25 10:00:00

Müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxlayaraq “Bank Avrasiya” ASC daha keyfiyyətli və müasir bank xidmətləri göstərilməsi istiqamətində işləri davam etdirir.

Artıq Bankın müştəriləri kart və cari hesablara mədaxil əməliyyatlarını, eləcə də kredit ödənişlərini Milli Ön və E-Manat ödəniş terminalları vasitəsilə 24/7/365 rejimində həyata keçirə bilərlər. Bu əməliyyatlar fiziki və hüquqi şəxslərin hesablarında 1-3dəqiqə ərzində əks olunur. Müştərilərin nağdsız hesablaşmalara təşviqi sahəsindəki siyasətə dəstək olaraq “Bank Avrasiya” ASC öz müştərilərinə debet və kredit kartlarını pulsuz təklif edir.

 Həmçinin cari ilin sonunadək yeni, təmassız kartların istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu növ kart sahibləri öz kartlarını ticarət və xidmət müəssisələrində həmin texnologiyanı dəstəkləyən terminala yaxınlaşdıraraq  mal və xidmətlərin dəyərini saniyələr ərzində ödəyə biləcəklər.

Bankın kredit siyasəti dərəqabətli bank bazarına uyğunlaşdırılaraq yeni əlverişli şərtlərlə müxtəlif növistehlak, ipoteka və biznes kreditləri təklif olunur.Belə ki, hal-hazırda Bankın müştəriləri 20 faizdən başlayaraq istehlak, 4-7 faizlə və cəmi 0.1 faiz komissiya olmaqla ipoteka və 8faizdən başlayaraq bizneskreditləri əldə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin 9 ayı ərzində Bankın maliyyə göstəriciləri üzrə stabil artımmüşahidə olunur. Belə ki, 01.10.2018-ci iltarixinə olan məlumata əsasən Bankın məcmu kapitalı 61 milyon 103 min manat təşkil edir. Bankın aktivləri ilin əvvəlindən 9% artaraq 164.8 milyon manata,müştərilərə verilmiş kreditin məbləği8% artaraq 92.5 milyon manata, fiziki və hüquqi şəxslərdən cəlb edilmiş müddətli depozitlərin həcmi 12% artaraq 32.2 milyon manataçatmışdır. 2018-ci ilin 9 ayı ərzində Bankın xalis əməliyyat mənfəəti 4 milyon 646 min manat təşkil etmişdir. 

"Bank Avrasiya" ASC 27.11.2007-ci il tarixindən fəaliyyət göstərir və bütün iqtisadinormativlərə riayət edərək 10 ildən artıq müddətdə ölkəmizdə keyfiyyətli və zəmanətli xidmət göstərməklə öz müştərilərinin rəğbətini qazanıb. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258