BANK

Zaminin adı "qara siyahıya" düşə bilər? Özüm üçün kredit götürə biləcəm?
24 OKTYABR
844

Zaminin adı "qara siyahıya" düşə bilər? Özüm üçün kredit götürə biləcəm?

2018-10-24 22:03:00

Bankdan kredit götürən şəxs banka borcunu müəyyən səbəblərdən ödəyə bilmir. Bu zaman bir müddətdən sonra kredit götürən şəxsin borcunun bağlanması üçün zamin durana ödəniş edilməsi üçün müraciət daxil olur.

Əgər bu zaman, borcluya zamin duran şəxs, krediti ödəməkdən imtina edərsə və ya ödəyə bilməzsə həmin şəxsin , yəni zaminin əmlakına həbs qoyulur. Təbii ki, bütün proseslərdən ilk növbədə kredit götürənin özü keçir. Əgər bankdan borc alandan heç bir halda ödənişi almaq mümkün olmadığı halda, zamin olan şəxs borcu ödəməli olur. Zamin də pul ödəyə bilməzsə həmin şəxsin adı kredit reysterində qeydə düşür bir sözlə "qara siyahıya" düşmüş olur.

Hüquqşünas Əkrəm Həsənov Fins.az-a məsələ ilə bağlı fikir bildirərkən heç də bütün hallarda zaminin əmlakına həbs qoyulmadığını bildirdi.  Bu istisna ondan ibarətdir ki,  bəzi vacib əmlak var ki, ondan kredit borcu tutula bilməz. Misal üçün əgər zaminin bir evi varsa ,  həyatı zəruri olan əşyalar, stol, stul, soyuducu, geyim.  Bunlar istisna olmaqla zaminin əmlakından borc tutula bilər deyə Əkrəm Həsənov bildirdi. 

Qara siyahıya düşən zaminə borc ödənildikdən sonra yenidən kredit verilə bilər?

Əkrəm Həsənovun sözlərinə görə, qara siyahıya düşmək o demək deyil ki, həmin şəxsə kredit verilə bilməz. Kredit verilə bilər. Bu hər bankın öz daxili işidir. Kredit götürən və zamin duran şəxs hər ikisi kredit reysterində qeyd olunur. Amma zaminin qara siyahıya düşməsi üçün ilk növbədə gərək zamindən ödəniş tələb edilsin o ödənişi etməsin, o zaman zaminin adı belə desək "qara siyahıya" düşür.

"Qara siyahıdan" çıxmağın tək yolu isə borcun bağlanılmasıdır. Borc bağlanıldıqdan sonra zaminin adı "qara dəftərdən" çıxarılır. Amma bu mənfi hal zaminin kredit tarixçəsində qala bilər.

Lakin qara siyahıda olmaq o, demək deyil ki, həmin şəxsə kredit verilməyəcək. Mən belə fikirləşirəm ki, Azərbaycanda son 3 ildə kreditin ödənilməsini gecikdirən, zamin kimi öhdəliyini yerinə yetirməyən şəxslərin sayı o qədər çoxdur ki, müəyyən müddətdən sonra o adamların adı o siyahıdan silinəcək. Çünki onda kimə kredit veriləcək?! deyə Əkrəm Həsənov bildirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255