BANK

Banklar ən çox reklamı bu yerlərdə yerləşdirirlər - Departament rəhbərlərindən açıqlama
23 OKTYABR
530

Banklar ən çox reklamı bu yerlərdə yerləşdirirlər - Departament rəhbərlərindən açıqlama

2018-10-23 17:24:00

Günümüzdə bir məhsulun satılması və ya ən azından tanıdılması üçün ən vacib məsələlərdən biri də reklamdır. İstər yerli şirkətlər, istərsə də əcnəbi şirkətlər yerləşdiyi yerindən asılı olmayaraq müxtəlif reklam vasitələrinə əl atırlar. Reklam verən kommersiya təşkilatlarından biri də bank  sektorudur. Ölkəmizdə fəaliyyət göstərən banklar daim öz məhsullarını  tv, radio və digital sektorda reklam edirlər. Ölkəmizdə 30 bankın olması onlar arasında kifayət qədər rəqabətin olmasından xəbər verir. Hələ bura hər bankın digər bankı qabaqlamaq istəməsini də əlavə etsək onda rəqabətin kifayət qədər olmasından xəbər almaq olar. 

Bəs banklar ən çox hansı sahədə reklamdan effekt ala bilirlər. Bu suala cavab tapmaq üçün Fins.az elə bankların özündən məlumat toplayıb.

“Bank of Baku”nun İctimaiyyətlə Əlaqələr və Reklamlar Departamentinin direktoru Gülşən Cumayeva məsələ ilə bağlı qeyd edib ki, hər reklamın sahəsinin öz auditoriyası var. Misal üçün saytda baner yerləşdirəndə bu banerə klik edənlərin sayı ilə reklamın nə qədər insana çatdığını müəyyən edirik.  Televiziya və radioda verilən reklamın isə elandan sonra müraciətlərin sayı əsasında  nə qədər insanın maraqlandığını bilmiş oluruq deyə o qeyd edib.

Həmçinin bankların departament rəhbərləri arasında aparılan soğu əsasında o da bəlli olub ki, əksər banklar reklam etdikləri məhsulun  məzmunundan asılı olaraq reklam vasitələrini dəyişirlər. Misal üçün əgər reklam edilən məhsul innovativ avadanlıqlara aiddirsə o zaman, banklar tərəfindən  sosial şəbəkələr və informasiya saytlarında  reklam verilir. Əgər bank pensiyaçılar üçün məhsul təqdim edirsə bu zaman hətta serial arasında da bu tip reklam verildiyi vurğulandı.

Ümumilikdə bankların reklam menecerləri və ictimaiyyətlə əlaqələr departmanet rəhbərləri  arasında aparılan sorğudan belə bəlli olur ki, banklar əsasən reklam etdiyi məhsulu üçün geri dönüşü aşağıdakı vasitələrdən eldə edirlər.                                   

  1.        Sosial şəbəkələr və informasiya saytlarından
  2.        Radio və küçədə yerləşən reklam lövhələrindən
  3.        Televiziyalardan əldə edirlər

Həmçinin yenilik kimi onu da qeyd etmək olar ki, artıq banklar məşhur yerli simaların iştirakı ilə video çarxlar da hazırlayırlar.  Bank Respublikanın hazırladığı belə reklam video çarxlarından birini təqdim edirik.     

                                   

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250