BANK

1 milyard 147 milyon manatlıq ipoteka krediti
23 OKTYABR
160

1 milyard 147 milyon manatlıq ipoteka krediti

2018-10-23 11:34:00

2006-2018-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 24 250 ipoteka krediti verilib.

Fondun saytında dərc edilmiş məlumata görə, indiyədək İKZF-nin xətti ilə 1 milyard 147 milyon  300 min manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

 Eləcə də bax:Bu Bank səhmdarlarına bir araya toplayacaq - Azərbaycanda

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257