BANK

Türkiyədə dollar bu ayın sonuna qədər ucuzlaşacaq
19 OKTYABR
330

Türkiyədə dollar bu ayın sonuna qədər ucuzlaşacaq

2018-10-19 16:02:00

Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Bransonun azadlığa buraxılmasından 1 həftə keçir. Fins.az “Report” analitik qrupuna istinadən bildirir ki, bu müddət ərzində türk lirəsi digər xarici valyutalar qarşısında, təxminən, 4% dəyər qazanıb.

Məsələn, TRY/USD nisbəti oktyabrın 12-də, günün yekununda qeydə alınmış 5,87-dən bu gün 5,63-ə düşüb. Ötən gün Amerika valyutasının məzənnəsi bundan da aşağı (5,53 lirə) olsa da, hər halda, ümumi tendensiya lirənin bahalaşması istiqamətindədir.

Rahib amili ilə yanaşı, Türkiyədə dolların ucuzlaşmasında ölkə hökumətinin həyata keçirdiyi yeni iqtisadi proqram da rol oynayır. Başqa bir müsbət amil isə ölkənin aparıcı banklarından olan “Türkiyə İş Bankası”na beynəlxalq maliyyə qurumlarının 276 mln. ABŞ dolları və 605 mln. avro məbləğində sindikatlaşdırılmış kredit ayırmasıdır.

“Report”un analitik qrupu hesab edir ki, lirə bundan sonra da bahalaşmaqda davam edəcək. Bu baxımdan, məzənnədə dalğalanmaların olması istisna deyil. Məsələn, bu ayın sonuna qədər dolların qiymətinin yenidən 5,7 lirəyə qalxıb sonrada 5,35-5,4 lirəyə düşməsi, bir qədər sonra 5,5 lirəyə qalxıb 5,15-5,2 lirəyə düşməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250