BANK

"Expressbank" qalib oldu
18 OKTYABR
318

"Expressbank" qalib oldu

2018-10-18 17:05:00

Həm geniş bank məhsulları, həm də yüksək səviyyədə müştəri xidmətləri ilə tanınan "Expressbank" daha bir qələbə qazandı.

“MasterCard Platinum, Black edition və World Elite kartlarının say miqdarını ən çox artıran bank” nominasıyasında “Expressbank” 1-ci yerə sahib oldu. Belə ki, Expressbank 1 oktyabr 2017-cı il tarixindən 31 mart 2018-ci il tarixinədək ölkə ərazisində fəaliyyət göstərən banklar arasında ən çox sayda MasterCard Platinum plastik kartlarını emissiya edən bank olub. Bu, bankın iki il ardıcıl qazadığı uğurdur.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər MasterCard Expresso kartlarını 5 AZN, MasterCard Standart kartlarını 8 AZN, MasterCard Gold kartlarını 25 AZN, MasterCard Platinum kartlarını isə 50 AZN-ə əldə edə bilərlər. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 75 bankomatı, 4000-dək POS terminal və 700-dən artıq ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrində daxil ola bilərsiniz.

www.facebook.com/Expressbank

www.instagram.com/expressbank_official

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257