BANK

“Bank BTB”nin xalis mənfəəti 2 milyon manatı ötüb
18 OKTYABR
178

“Bank BTB”nin xalis mənfəəti 2 milyon manatı ötüb

2018-10-18 17:11:00

2018-ci ilin III rübündə “Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 21,44% artaraq 302,776 milyon manat təşkil edib. Hesabat dövründə bankın xalis kredit portfeli 36,4% artaraq 169,299 milyon manat olub.

Son bir ildə “Bank BTB”nin depozit portfeli əhəmiyyətli dərəcədə - 69,2% artaraq 88,304 milyon manata yüksəlib. Hesabat dövrünün sonuna bankın cəmi öhdəliklərinin həcmi 246,188 milyon manat təşkil edib.

Bu il “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 66,450 milyon manata, məcmu kapitalı isə 6% artaraq 56,291 milyon manata bərabər olub.

Hesabat dövrünün sonuna bankın gəlirləri 18,490 milyon manat, xərcləri isə 17,400 milyon manat təşkil edib. “Bank BTB” bu ilin III rübünə 2 milyon 182 min manat xalis mənfəətlə yekun vurub.

“Bank BTB”nin İdarə Heyəti sədrinin müavini Rüfət Abbasov hesabat dövrünün sonuna maliyyə göstəricilərini şərh edərkən bankın bütün istiqamətlər üzrə dinamik inkişaf nümayiş etdirdiyini qeyd edib. “Əldə etdiyimiz nəticələr nəinki bankın əməkdaşlarının uğurlu komanda fəaliyyətinin, həm də müştərilərin bizə göstərdiyi yüksək etimadın göstəricisidir. Müştərilərlə iş prosesində rəhbər tutduğumuz əsas dəyərlər etibarlılıq, şəffaflıq və onların məmnuniyyətidir. Əminəm ki, bankımız dinamik inkişafını bundan sonra da davam etdirəcək və bu illər ərzində müştərilərimizlə aramızda yaranan yaxşı münasibətlər gələcəkdə qarşılıqlı uğurumuzun təminatçısı olacaq,” – deyə R. Abbasov bildirib.

Eləcə də bax:Fed-in açıqlamaları Dolları bahalaşdırır

 

 

 

2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250