BANK

Baş bankir bildirir ki, kiriptovalyuta “alov”u sönür
18 OKTYABR
220

Baş bankir bildirir ki, kiriptovalyuta “alov”u sönür

2018-10-18 14:41:00

“Dünyadakı kriptovalyuta “alov”u sönməyə başlayıb”.

Fins.az xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina yeni maliyyə texnologiyaları ilə bağlı Soçidə keçirilən biznes-forumda deyib.

Onun sözlərinə görə, artıq biznes blokçeyn texnologiyalarının tətbiqinə daha ehtiyatla yanaşır.

“Biz bu mövzuda 4-ü forumu keçiririk. Bu müddətdə kriotopvalyuta “alovu”u yüksəlməyi bacarsa da, xoşbəxtlikdən artıq azalmağa başlayıb”, – deyə, o qeyd edib.

E.Nabiullinanın sözlərinə görə, son illərdə yeni maliyyə texnologiyalarının anlaşılmasında dəyişikliklər baş verib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, kriptovalyutalar ətrafında ajiotaj sona çatmaq üzrədir.

REPORT

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250