BANK

"AccessBank" daha bir uğura imza atıb
17 OKTYABR
408

"AccessBank" daha bir uğura imza atıb

2018-10-17 15:36:00

Nağdsız ödənişlərin stimullaşdırılmasını daim qarşısına məqsəd qoymuş "AccessBank" bu sahədə daha bir uğura imza atıb.

Belə ki, "Mastercard" beynəlxalq ödəniş sistemi "AccessBank"ı "Gold" və "Standard" ödəniş kartlarının sayını ən çox artıran üç bankdan biri elan edib. Qaliblər 2017-2018-ci illərin nəticələrinə əsasən müəyyənləşdirilib.

"AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova: "Bu mükafatı qazanmağımızda komandamızın və müştərilərimizin payı danılmazdır. Bilirsiniz ki, nağdsız ödənişlərin stimullaşdırılması bank sektorunun qarşısında əsas hədəflərdən biri kimi qoyulub. Bu amil və müştərilərimizin tələbatının durmadan artması bizi yeni hədəflərə çatmağa həvəsləndirir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250