BANK

NBC Bankın problemli kreditlərinin məbləği məlum oldu - HESABAT
17 OKTYABR
232

NBC Bankın problemli kreditlərinin məbləği məlum oldu - HESABAT

2018-10-17 13:15:00

NBC Bank digər banklarla müqayisədə qiymətli kağızlara investisiya etməyib.  

Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki,

Bankın öhdəlikləri  

Ötən il 73 milyon 969 min  depozit qoyulmuş bankda bu ilin 3 rübü bu məbləğ 100 milyon  590 min  manat olub.

2017-ci ildə bankın cəmi öhdəlikləri  147 milyon 285 min  manat olub. Lakin bu ilin 9 ayı ərzində bankın öhdəliyi artaraq 209 milyon 306 min manata çatıb. Bankın cəmi kapitalı 59 milyon 640 min manatdır.

Mənfəət və zərər

Bankın 2017-ci ildə faiz gəlirləri 13 milyon 894 min manat olduğu halda 2018-ci ilin 9 ayı ərzində bu rəqəm 13 milyon  434 min manat olub.  Qeyri-fazi gəlirləri ötən il 3 milyon 142 min manat, bu ilin ilk 9 ayı ərzində isə 2 milyon 224 min manat olub.  Faiz xərcləri  7 milyon 848 min  manat, ötən il isə 6 milyon  479 min manat olub.

Qeyri faiz xərcləri  mənfi  483 min  manat olub.  Ötən il isə bu rəqəm 6 milyon 032 min  manat olub.  

Bankın bu ilin 9 ayı ərzində kredit portfelinin cəmi  195 milyon 868 min  manat olub. Ötən ilin sonuna isə bu rəqəm 163 milyon  572 min manat olub.

Ötən ilin sonu bankın depozit portfeli  145 milyon 683 min manat olub. Bu məbləğin 71 milyon 724 min manatı (49.23%) Banklar,hüquqi şəxslər və maliyyə müəssisələrindən cəlb olunmuş vəsaitlərə aiddir. Portfelin  50.77% isə -73  milyon 960 min manatı isə fiziki şəxslərə məxsusdur.

2018-ci ilin 9 ayı ərzində bankda depozitlərin məbləği artsa da burada fiziki şəxslərin qoyduğu məbləğ azalıb. Belə ki, cari ilin 9 ayı ərzində fiziki şəxslər banka  95 milyon 082 min manat 45.97% əmanət yatırıblar. Banklar,hüquqi şəxslər və maliyyə müəssisələrindən cəlb olunmuş vəsaitlər isə 111 milyon  765 min  yəni  54.03% olub.

2017-ci ildə bankın kredit portfelinin cəmi  163 milyon 572 min olub ki, bunun da  12 milyon 035 mini vaxtı keçmiş kreditlərdi. Regionlar üzrə isə vaxtı keçmiş kreditlərin məbləği  12 milyon 035 mindi.

2018-ci ilin ilk 9 ayı ərzində isə bankın kredit portfeli  195 milyon  868 min manat olub ki, bunun da 11milyon 287 mini vaxtı keçmiş  kreditlərdi.

Bankın 9 ay ərzində geri ala bilməyəcəyi belə desək ümidsiz kreditlərinin məbləği  9 milyon 444 min manatdır.

Kapitalın strukturu və adekvatlığı 

Bankın cari ilin 9 ayı ərzində mənfəəti  2 milyon  917 min manat olub.  Bankın məcmu kapitalı isə  59 milyon 413 min manatdır.

Müəllif: Xeybər Heydərov 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258