BANK

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru təyin olunub
16 OKTYABR
165

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru təyin olunub

2018-10-16 16:05:00

Matteo Patrone Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru təyin olunub. Fins.az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

O, bu vəzifədə Fransis Maliji əvəz edib. F.Malij bu yaxınlarda AYİB-in Londondakı mənzil qərargahında maliyyə müəssisələri sektorunda idarəedici direktor təyin olunub.

M.Patrone Kiyevdə işləyəcək və Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna üzrə məsul olacaq.

Bank tərəfindən sözügedən 6 ölkəyə investisiya qoyuluşlarının ümumi məbləği 24 mlrd. avroya yaxın məbləğdə qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258