BANK

Bu il Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği açıqlanıb
15 OKTYABR
245

Bu il Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği açıqlanıb

2018-10-15 21:12:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 14 409,1 min. ABŞ dolları məbləğində pul köçürülüb. Fins.az-ın məlumatına görə,“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Bankı məlumat yayıb.

Təkcə sentyabr ayında isə qonşu ölkəyə Azərbaycandan 1,56 mln. dollarlıq pul köçürmələri həyata keçirilib.

İlin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana 8 982,6 min dollar, yalnız ötən ay isə 1 095,1 min dollar məbləğində pul köçürülüb.

Yanvar-sentyabr aylarında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 1,1 mlrd. dollardan çox pul vəsaiti daxil olub. Ötən ay isə Gürcüstana daxil olan pulun məbləği 131,3 mln. dollar təşkil edib.

Gürcüstana ən çox pul köçürülən ölkələrin arasında Rusiya liderdir. Yanvar-sentyabr aylarında bu ölkədən Gürcüstana 336 306,8 min dollar, təkcə ötən ay isə 37,7 mln. dollar məbləğində pul köçürülüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258