BANK

PAŞA Bank “SAP Value Award” mükafatına layiq görüldü
15 OKTYABR
185

PAŞA Bank “SAP Value Award” mükafatına layiq görüldü

2018-10-15 15:46:00

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank nüfuzlu “SAP Value Award” mükafatı ilə təltif olundu. PAŞA Bankın “SAP SuccessFactors” əsasında əməkdaşların effektivliyinin idarəolunması və qiymətləndirilməsi işinin avtomatlaşdırılması layihəsi “İnsanlar ən dəyərli kapitaldır” nominasiyası üzrə qalib olmuşdur. Mükafat PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımova Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov tərəfindən təqdim olundu.
Tətbiq olunan yeniliklər sayəsində Bank artıq ilk aylarda yeni heyətin məhsuldarlığının qiymətləndirilməsi sistemini qurub. Ən yeni bulud həllərinin tətbiqi Banka əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinə nəzarətlə yanaşı, əməkdaşların səriştələrini qiymətləndirməyə və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verəcək: bir-biri ilə əlaqəli bütün göstəricilər vahid sistemdə nəzərə alınır. HR şöbəsinin mütəxəssisləri üçün nəzərdə tutulan analitik hesabatlar real vaxt rejimində avtomatik olaraq bir dəqiqədən az bir zamanda yaradılır.
Success Factors Proqram təminatının işə salınması ilə Hədəflərin Bankın rəhbərliyi tərəfindən bütün işçilərə təyin edilməsi işi asanlaşmışdır. Bankda tapşırıqların bir çoxu kollektivin qarşısında İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun qoyulduğu üçün birbaşa rəhbərlər sistemdə bütün layihələrin yerinə yetirilmə statusunu, komanda tərkibini izləyir və bütün prosesi operativ şəkildə idarə edir. Bank əməkdaşları öz növbəsində məhsuldarlıqlarını sərbəst şəkildə izləyə və effektivliyin idarə olunması alqoritmlərini tənzimləyə bilir. Hesabat dövrünün yekunlarına görə əməkdaşlar aylıq kompensasiya barədə təfsilatlı forma ilə təmin olunur.

“İşçi heyətin ən yeni bulud həlləri əsasında idarə edilməsi proseslərinin avtomatlaşdırılması PAŞA Bankın fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb, həmçinin Bankın korporativ mədəniyyətində bəzi dəyişikliklərə səbəb olub. Belə ki, əməkdaşlar ümumbank məqsədlərinə nail olmaq üçün daha ahəngdar işləməyə başlayıb, bu isə 2018-2020-ci illər Strateji dövrün çərçivəsində agile-metodologiyasının və rəqəmsal həllərin tətbiqi üzrə planlarımızı çox gözəl əks etdirir. Tapşırıqların daha dəqiq qoyulması və heyətin əsas effektivlik göstəricilərinin təfsilatı ilə hesablanması imkanı Bankda əsas proseslərə müsbət təsir edir və regional miqyaslı qabaqcıl maliyyə institutu kimi PAŞA Bankın mövqelərinin möhkəmləndirilməsinə öz töhfəsini verir”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.

“SAP SuccessFactors həlli mürəkkəb strukturlu böyük kollektivlərdə vahid məqsədlərin qoyulması zəruriliyi ilə əlaqəli tapşırıqlar üçün optimaldır. Ümid edirik ki, PAŞA Bankda bu həllin uğurlu tətbiqi Azərbaycanda digər iri banklar üçün müsbət nümunə olacaq və onlar bulud həlləri vasitəsi ilə həyata keçirilən ən yaxşı dünya təcrübələrinə diqqət yetirəcək”, - deyə Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258