BANK

Banklardan və sığorta şirkətlərindən narazı olanlar bu nömrəyə zəng etsinlər
13 OKTYABR
777

Banklardan və sığorta şirkətlərindən narazı olanlar bu nömrəyə zəng etsinlər

2018-10-13 22:23:00

Maliyyə Bazarlarına Nəzarət Palatası yenilənmiş 966 Çağrı Mərkəzini və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimini keçirib.

Fins.az xəbər verir ki,  Çağrı Mərkəzi vətəndaşların suallarının operativ cavablandırılması, şikayətlərin, habelə təkliflərin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.

Fins.az-nın MBNP-nın call centeri bankların çağrı mərkəzindən nə ilə fərqlənəcək sualına "palata"rəsmisi belə cavab verib:

Bizim bankların call centerindən fərqli cəhətimiz bizdə banklardakı kimi uzun müddətli gözləmə olmayacaq. Texniki baxımdan bankları  qabaqlamış olacayıq deyə cavablandırıb.

Həmçinin hökumət rəsmisi əvvəllər çağrı mərkəzinə olunan müraciət proqram üzərindən aparılmadığından konkret rəqəmlərin olmadığını ,təxmini hesablamalara görə, isə son 9 ay ərzində 17 mindən çox insanın MBNP-nın çağrı mərkəzinə müraciət etdiyini qeyd etdi.

Artıq peşəkar çağrı mərkəzi qurulub. Yeni sistem Banklarla və sığorta şirkətləri ilə bağlı şikayətləri qruplaşdırmağa imkan verəcək. Həmçinin vətəndaşların banklardan nə qədər razı olub olmadığını ölçə biləcəyik deyə MBNP-nın rəsmisi Elşən Allahverdiyev Fins.az-ın sualını cavablandırarkən bildirib. 

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259