BANK

Azərbaycan Beynəlxalq Bankından dəmiryolu işçilərinə özəlkredit kampaniyası!
12 OKTYABR
722

Azərbaycan Beynəlxalq Bankından dəmiryolu işçilərinə özəlkredit kampaniyası!

2018-10-12 12:56:00

Azərbaycan Beynəlxalq Bankı 13 Oktyabr Dəmiryolu İşçilərininPeşə Bayramı Gününə özəl olaraq yeni kredit kampaniyasına başlayıb. Bankın əməkhaqqı və ya pensiya kartına sahib olan hər bir dəmiryolu işçisi kampaniya müddətində nağd pul kreditinibankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

  •   Kreditin müddəti - 60 ayadək
  •   İllik faiz dərəcəsi -  2% endirimlə, 23%-dən başlayaraq
  •   Kredit 5000 manata qədər olduqda - zaminsiz
  •   Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Kampaniya 12oktyabr tarixindən 19 oktyabr tarixinə qədər keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqıvə ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindənəldə etmək olar.

 Eləcə də bax: Sabah dollar bu qiymətə olacaq

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259