BANK

Türkiyə valyutası bahalaşdı
11 OKTYABR
1155

Türkiyə valyutası bahalaşdı

2018-10-11 13:26:00

Türkiyənin tədiyyə balansında 3 il sonra ilk dəfə profisit qeydə alınıb. Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) Avqust ayı tədiyyə balansı göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, tədiyyə balansında avqust ayında 2 milyard 592 milyon dollar profisit yaranıb. 12 aylıq kəsir isə 51 milyard 125 milyon dollar olub.  Profisitin yaranmasına, xarici ticarət kəsirinin bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 3 milyard 65 milyon dollar azalaraq 1 milyard 284 milyon dollara düşməsi və xidmətlər balansında gəlirlərin 741 milyon dollar artaraq 4 milyard 627 milyon dollara yüksəlməsi səbəb olub. Məlumatın açıqlanmasından sonra Lirə bahalaşıb. Lirə Dollar qarşısında 1,6% bahalaşıb

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259