BANK

Azərbaycan Beynəlxalq Bankı yeni filial açdı
10 OKTYABR
905

Azərbaycan Beynəlxalq Bankı yeni filial açdı

2018-10-10 16:20:00

Effektivliyin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə filial şəbəkəsini optimallaşdıran, xidmətin keyfiyyətini yüksəldən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bankın müasir konseptinə uyğun qurulmuş “Bakıxanov” şöbəsi yeni ünvanda müştərilərin istifadəsinə verilib. “Bakıxanov” şöbəsi bundan sonra fəaliyyətini Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsi - 28 ünvanında (3-cü mikrorayon dairəsindən Şamaxinka istiqamətinə gedən yolun üstü) davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, yeni konseptə uyğunlaşdırılması bankın yeni inkişaf strategiyasında xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan Beynəlxalq Bankı yenilənir. Müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində deyil, onlara göstərdiyimiz xidmətin səviyyəsində, müştərilərimizə yanaşmamızda da hiss edə bilirlər. Bütün bunlar, təbii ki, hələ başlanğıcdır”.

Yeni ünvanda vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255