BANK

“Ötən illə müqayisədə Elman Rüstəmovun reytinq göstəricisi yüksəlib”
10 OKTYABR
411

“Ötən illə müqayisədə Elman Rüstəmovun reytinq göstəricisi yüksəlib”

2018-10-10 15:17:00

Bir müddət öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun fəaliyyət reytinqini “Global Finance” maliyyə jurnalının "B" səviyyəsində təsdiq etdiyi barədə məlumat vermişdik.

“Qlobal Maliyyə Jurnalı”  harada təsis edilib? Jurnalın əsas məqsədi nədir? Jurnalın reytinq siyahıları hansı meyyarlara görə hazırlanır?  Bütün bu suallara cavab  tapmaq üçün “Fins.az”ın qısa araşdırmasını təqdim edirik:

Adı çəkilən jurnal 1987-ci ildə təsis edilib. Dərginin baş idarəsi ABŞ-ın Nyu-York şəhərindədir. Əsas məqsədi korporativ liderləri, bankirləri, eləcə də investorları qlobal iqtisadiyyat və maliyyə sistemindəki gedişatlar barədə məlumatlandır­maq olan aylıq nəşr 160-dan çox ölkədə izlənir.Dərginin 50 mindən çox birbaşa abunəçisi var. 22 illik təcrübəsi olan jurnal “Global Finance Media”, Inc – holdinqə məxsusdur. “Global Finance”-in Nyu-York, London, Milan, Rio-de-Janeyroda ofisləri var. Dərgi Morgan Stanley, UBS, kimi nəhəng banklar barədə araşdırma apararaq reytinq təşkil edir.  Jurnalın əsas işlərindən biri də müxtəlif nominasiyalarda reytinq siyahıları hazırlayaraq yayımlamaqdır.

 

Bu reytinq siyahılarından biri də hər il dərc olunan Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatıdır (Central Banker Report Cards). Hesabatda reytinqlər “A” dan “F”-ə qədər dəyişən və aşağıdakı göstəricilərə əsasən  təqdim olunur.

inflyasiyaya nəzarət

iqtisadi artım hədəfləri

milli valyutanın sabitliyi

faiz dərəcəsinin idarə olunması

Jurnalın  hazırladığı Mərkəzi Bank rəhbərlərinin reytinq hesabatında 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmovun da adı yer alır. Qeyd edək ki,  məhdud sayda ölkələrin Mərkəzi Banklarının sədrləri  “B reytinqi”ində qiymətləndirilib. Belə ki, bu qiyməti alan baş bankirlər arasında Norveç, İsveç, İsveçrə və Çexiya ölkələrinin nümayəndələri də var. 2018-ci il üzrə reytinq hesabatına görə yüksək qiymət alaraq “A”səviyyəsində qərarlaşanlar isə  Avstraliya,Çili, Avropa Mərkəzi Bankı, İngiltərə,İsrail, Küveyt, Mərakeş, Paraqvay,Rusiya kimi ölkələrin Mərkəzi Bank sədrləridir.

Hesabatın tam mətni Global Finance’s Central Banker Report Cards 2018

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257