BANK

Kartın nömrəsi ilə bankın adını öyrənmək olar?
10 OKTYABR
268

Kartın nömrəsi ilə bankın adını öyrənmək olar?

2018-10-10 10:59:00

Hər bir plastik kart bütün lazımi informasiyalara sahibdir: nömrə, sahibin adı və soyadı, bank-emitentin adı, istifadə müddəti. Lakin bəzi xüsusi hallarda pul köçürməsi həyata keçirəcəyimiz kartın yalnızca nömrəsinə sahib oluruq və çox az insan bilir ki, bu nömrədə ödəniş sistemi və bank haqqında bütün məlumatlar şifrələnib.

Bir qayda olaraq, geniş yayılmış ödəniş sistemlərinin kartları 16 rəqəmdən ibarət olsa da 13 (Visa üçün xarakterikdir və uzun müddət əvvəl ayrı-ayrı regionlarda istifadə olunurdular) və 19 rəqəmli (əlavə olaraq qeyd olunmuş 3 rəqəm plastik kartın hansı kredit proqramına məxsus olduğunu əks etdirir) kartlara da rast gəlmək olar. Bu rəqəmlər təsadüfi deyil. İlk rəqəm kartın aid olduğu ödəniş sistemini bildirir. Məsələn:

  • 4 — VISA
  • 5 — MasterCard
  • 3 — American Express

Bunun ardınca isə emitent bankı, kartın tipini (kredit və yaxud debet kart olmasını), kartın statusunu (Classic, Gold, Platinum) əks etdirən rəqəmlər gəlir.

Kartın nömrəsi ilə bankın adını necə öyrənmək olar?

Bankın təyin edilməsinə xidmət edən rəqəm BIN – bank identification number adlanır. Ödəniş kartının BIN-i onun nömrəsinin ilk 6 rəqəmi əsasında təyin edilir. Kartın nömrəsi ilə bankın təyin edilməsi üçün bu 6 rəqəmi aşağıdakı saytlardan birindən istifadə etməklə BIN məlumat bazasına daxil etmək lazımdır. Məsələn:

Bu saytlarda öz kartlarınızı rəqəmlərini yazmaqla yoxlaya bilərsiniz.

Kartın nömrəsi ilə bankın adını öyrənməyə ehtiyac varmı?

Kartın BIN nömrəsi ilə yoxlanması bəzən bank köçürmələri edilən zaman və yaxud kartın ödəniş zamanı qəbul edilməməsi (məsələn, internet mağaza tərəfindən) anında mütləqdir. Kart bazada əcnəbi olaraq təyin edildikdə belə bir vəziyyət yarana bilər. Həmçinin bu məlumat səyahətə yollanmağı və orada otel bron etməyi planlaşdıranlar üşün faydalıdır. Bu hallarda kredit kartı ödəniş üçün qəbul edilməyə bilər. Çünki o sistemdə debet kartı olaraq qeydiyyatdan keçirilib. Onun kredit limiti haqqında isə yalnızca siz və bankınız müəyyən məlumata sahibsiniz.

Bundan əlavə, bəzən kartın səviyyəsini yoxlamaq lazımdır. Görünüş etibarilə Classic və Standard, əslində isə Gold və yaxud Premium ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258