BANK

PAŞA Bank-dan KOS-lar üçün Əmək haqqı layihəsi
10 OKTYABR
226

PAŞA Bank-dan KOS-lar üçün Əmək haqqı layihəsi

2018-10-10 10:10:00

Məvacib (əməkhaqqı) kartı şirkət tərəfindən əməkdaşlarına məvaciblərin, mükafatların və bu kimi ödəmələrin həyata keçirilməsi üçün istifadə olunan kartdır.

Məvacib kartları Azərbaycanda və dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində və həmçinin İnternet şəbəkəsində nağdsız ödənişlər həyata keçirmək, banklarda və bankomatlarda kartla nağd pul vəsaiti çıxarmaq imkanlarını təqdim edir.

Ölkədə mövcud təcrübədən fərqli olaraq PAŞA Bankın məvacib kartlarının istifadəçiləri Azərbaycanda həm PAŞA Bankın, həm də digər bankların istənilən bankomatından nağd pul vəsaiti çıxardıqda Tarif çədvəlindən asılı olaraq heç bir komissiya tutlmaya bilər.

Kartın üstünlükləri

• Məvaciblərin ödənişi üçün nağd pul vəsaitlərinin daşınması, saxlanması, mühafizəsi, sayılması və əməkdaşlara paylanması üzrə vaxt sərfi, iş yükü, əlavə xərclər, çətinliklər və risklər aradan qalxır;
• Məvaciblərin ödənişi ilə bağlı mühasibatlığın iş yükü və vaxt sərfi xeyli azalır, vəsaitlərin əməkhaqqı kart hesablarına köçürülməsi Bank tərəfindən avtomatik qaydada həyata keçirilir, hesabatlılıq və nəzarət prosesləri təkmilləşir;
• Şirkətin xəzinəsi qarşısında məvaciblərin ödənişi ilə bağlı növbələr yaranmır və bu məsələ ilə bağlı xəzinədə iş yükü tam aradan qalxır;
• Məvacib məbləğlərinin məxfiliyi daha etibarlı qaydada təmin edilir;
• Əməkdaşlar tərəfindən məvacibin alınması üçün vaxt sərfinə ehtiyac yaranmır, bütün əməkdaşlar məvaciblərini eyni vaxtda alır;
• Şirkətin ictimaiyyət və əməkdaşları arasında nüfuzu yüksəlir, əməkdaşların işlədiyi şirkətə hörməti və bağlılığı artır; 
• Əməkdaşlar plastik kartlar üzrə təqdim edilən digər imkanlardan və əlavə xidmətlərdən istifadə edə bilir, əməkdaşların rahatlığı və məmnunluğu artır;
• Əməkdaşlar Bank tərəfindən məvacib kartı üzrə fərdi qaydada açılmış overdraft limiti çərçivəsində kartın qalıq məbləğindən artıq məbləğdə əməliyyatlar həyata keçirə bilir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256