BANK

Bank lisenziyasının və ya icazənin ləğvi gündəmə gəlir - Əgər bu hallardan biri olarsa
09 OKTYABR
460

Bank lisenziyasının və ya icazənin ləğvi gündəmə gəlir - Əgər bu hallardan biri olarsa

2018-10-09 05:00:00

Azərbaycan Respublikasının Banklar haqqında qanununa əsasən aşağıdakı hallar Bank lisenziyasının və ya icazənin ləğvini gündəmə gətirə bilər.

16.1. Bankın və ya xarici bankın yerli filialının bank lisenziyası yalnız maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:

16.1.1.bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;

16.1.2.xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;

16.1.3.bank müflis elan edildikdə;

16.1.4.lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

16.1.5.bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın və ya xarici bankın yerli filialının altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;

16.1.6.bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda;

16.1.7.bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;

16.1.8.bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, 0 cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;

16.1.9.       bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

16.1.10.bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.1.11.bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;

16.1.12.Maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;

16.1.13.yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin lisenziyası ləğv edildikdə;

16.1.14.bankın yenidən təşkili maliyyə bazarlarına nəzarət orqanının icazəsi olmadan həyata keçirildikdə;

16.1.15.xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən maliyyə bazarlarına nəzarət orqanı və ya Mərkəzi Bank onların törəmə banklarına nəzarəti həyata keçirə bilmədikdə;

16.1.16.bilərəkdən maliyyə bazarlarına nəzarət orqanına və ya Mərkəzi Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;

16.1.17.sonuncu üç hesabat tarixinə maliyyə bazarlarına nəzarət orqanına və ya Mərkəzi Banka aylıq hesabat təqdim edilmədikdə;

16.1.18.bank və ya xarici bankın yerli filialı bu Qanuna, maliyyə bazarlarına nəzarət orqanının və ya Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanının və yaMərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;

16.1.19. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planında nəzərdə tutulduqda; 

16.1.20. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə.

16.2. Yerli bankın filiallarına və nümayəndəliklərinə, o cümlədən xarici bankın yerli nümayəndəliklərinə verilmiş icazə yalnız maliyyə bazarlarına nəzarət orqanı tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:

16.2.1.icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;

16.2.2.bankın lisenziyası ləğv edildikdə;

16.2.3.bank müflis elan olunduqda;

16.2.4.bank ləğv edildikdə;

16.2.5.icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud maliyyə bazarlarına nəzarət orqanı yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;

16.2.6.bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində göstərilmiş hər hansı şərt yerinə yetirilmədikdə;

16.2.7.icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, maliyyə bazarlarına nəzarət orqanının vəMərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda; 

16.2.8.  bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.2.9.  filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;

16.2.10.      yerli bankın xarici filialının və ya nümayəndəliyinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə.

16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka maliyyə bazarlarına nəzarət orqanı tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.

16.4. Bu Qanunun 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci və 16.2.7-ci maddələrində göstərilən əsaslardan biri olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank bank lisenziyasının və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına əsaslandırılmış yazılı müraciət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256