BANK

AGBankdan dörd valyutada plastik kartlar açma imkanı - AZN, USD, EUR və ya GBP
08 OKTYABR
153

AGBankdan dörd valyutada plastik kartlar açma imkanı - AZN, USD, EUR və ya GBP

2018-10-08 15:32:00

Müştərilər bankın istənilən filialına tək Şəxsiyyət Vəsiqələri ilə yaxınlaşaraq, AZN, USD, EUR və ya GBP valyutalarında kartları əldə edə bilərlər. Kartı bu gün sifariş edin, gələn iş günü hazır olsun! Təcili hallarda isə kartı hətta rekord qisa müddətdə - cəmi 1 iş günü ərzində əldə etmək mümkündür!

1992-ci ildə fəaliyyətə başlamış və 09.11.2018 tarixində öz 26-illiyini qeyd edən AGBank ASC VISA International, Mastercard İnternational beynəlxalq ödəmə sistemlərinin mühüm üzvüdür. Bankda həm standart, həm premium kateqoriyalı kartlar mövcuddur. AGBank müştərilərinə Electron, Standart, Classic, Virtual, Gold, Platinum, İnfinite, Signia, Priority Pass kartlarını təqdim edir. Kartların 1 illik qiyməti isə kartın növündən asılı olaraq, cəmi 10 AZN-dən başlayır.

Standart kateqoriyalı kartlar rahat ödəmələr və nağdlaşdırmalar üçün çox əlverişlidirlər.

Premium kateqoriya kartlarını əldə etməklə daha böyük statusa və imkanlara malik olmaq, istənilən yerdə xüsusi xidmət və güzəştlərdən istifadə etmək mümkündür.

Onu da qeyd edək ki, AGBank müxtəlif illərdə «For Visa PayWave İssuing & Acquiring İmplementation», «For Multi-Currency Project İmplementation », «Mastercard kartlarının dövriyyəsi içində Cross-Border payı ən yüksən olan bank» üzrə nominasiyalarında qalib gələrək, xüsusi diplom ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260